"Xəzər Lənkəran"da iki itki

Topaz Premyer Liqasının XV turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq "Xəzər Lənkəran" bu oyunun hazırlıqlarını Bakıda davam etdirir. Apasport.az xəbər verir ki, cənub təmsilçisi bu gün səhər məşqini tam heyətlə keçməyib. Düzdür, zədəli futbolçulardan Alfred Sanko artıq kollektivə qoşulub. Ondan fərqli olaraq, Rauf Əliyev yüngül qaçışla kifayətlənib. Adrian Skarlatake isə həkim nəzarəti altında müayinəsini davam etdirir. Həm Rauf Əliyev, həm də Adrian Skarlatakenin "Qəbələ" ilə qarşılaşmanı buraxacağı dəqiqdir.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qəbələ" oyunu dekabrın 7-də "Bayıl Arena"da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31