"İnter" Bakıya "yarımcan" gəlir
5 Dekabr 2014 18:20 İdman"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter" tam heyətlə gəlməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Roberto Mançini 7 əsas heyət oyunçusunu ölkəmizə gətirməyəcək. İtalyan məşqçi onlar üçün heç bir əhəmiyyət daşımayan Bakıdakı oyun zamanı aparıcı futbolçularına istirahət vermək istəyir. Bu səbəbdən də o, Samir Handanoviçi, Andrea Ranokkyanı, Xuan Xesusu, Yan Mvilanı, Yuqo Naqatomonu, Mateo Kovaçiçi və Rodriqo Palasionu Azərbaycana gətirməyəcək.
Qeyd edək ki, "Qarabağ"la "İnter" dekabrın 11-də qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31