15 yaşlı rekordçu İngiltərəyə köçür
5 Dekabr 2014 16:34 İdmanNorveç yığmasının heyətində 15 yaşında debüt etməklə rekorda imza atan Martin Edeqor karyerasını İngiltərə çempionatında davam etdirməyə çox yaxındır. Lent.az-ın məlumatına görə, yeniyetmə yarımmüdafiəçi "Liverpul"un düşərgəsinə qoşulub. Dünən "Dumanlı Albion"a gələn Edeqor bu gündən etibarən "mersisaydlılar"ın heyətində məşqə çıxıb. "Liverpul"un təcrübəli müdafiəçisi Kolo Ture mətbuata açıqlamasında onun haqda xoş sözlər səsləndirib: "Martinin məşqdəki çıxışını izlədim. Əla futbolçudur".
Qeyd edək ki, Avropanın nəhənglərinin maraq dairəsində olan Edeqor hazırda ölkəsinin "Stremsqodset" klubunda çıxış edir. Baxışdan uğurla keçəcəyi təqdirdə, "Liverpul" onunla müqavilə imzalayacaq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31