Almaniya millisinə qayıdacaqmı?
5 Dekabr 2014 10:20 İdmanAlmaniya millisinin sabiq üzvü Filip Lam yenidən yığmaya qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Bild" qəzetinə danışan təcrübəli futbolçu Almaniya yığmasındakı vaxtın başa çatdığını deyib:"Təəssüf ki, Almaniya millisinə qayıda bilməyəcəm. Yığmadakı vaxtım başa çatıb. Bundan sonra Bundestimin formasını yalnız bir azarkeş kimi geyinəcəm. 10 il yığmanın şərəfini qorudum və hər şey yaxşı alındı. Komandanın kapitanı oldum və bu il dünya kubokunu qazandım".Qeyd edək ki, Lam "DÇ-2014"ün qalibi olduqdan sonra yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31