Topaz Premyer Liqası: 15-ci tur rəqəmlərin gözü ilə
4 Dekabr 2014 15:33 İdmanBu həftə Topaz Premyer Liqasında 15-ci turun oyunları keçiriləcək. Eyni gündə baş tutacaq turun mərkəzi oyunu isə "Qarabağ" və "Neftçi" arasında olacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələcək cütlərin əvvəlki oyunlarının balansını təqdim edib.
"Qarabağ" - "Neftçi" - 57 oyun, +18=22-17, top fərqi 55:55
Azərbaycan çempionatlarında ən çox qarşılaşan rəqiblər 58-ci dəfə üz-üzə gələcək. Minimal üstünlüyə malik "Qarabağ" son 5 oyunda rəqibinə uduzmayıb. Komandaların son 4 görüşündə hər iki komanda qol sevinci yaşayıb.
"Xəzər Lənkəran" - "Qəbələ" - 23 oyun, +12=5-5, top fərqi 32:20
Lənkəran təmsilçisi əvvəlki 23 oyunda böyük üstünlüyə malikdir. Son 4 matçda uduzmayan, ardıcıl 3 oyundur meydanı qolsuz tərk etməyən cənublular indiyədək yalnız 1 ev görüşündə məğlub olub.
"Sumqayıt" - "Simurq" - 11 oyun, +0=1-10, top fərqi 6:20
12-ci duel öncəsi "Simurq" aşkar üstünlüyə malikdir. İndiyədək qələbə qazanmayan "Sumqayıt" cəmi 1 xal qazanıb. Zaqatala təmsilçisi bütün matçlarda rəqib qapısına qol vurub.