İdmançılarımızın İspaniya uğuru
4 Dekabr 2014 13:19 İdmanİspaniyanın paytaxtı Madriddə JKF Wado-Kai Yapon Vado-Kai Karatedo Federasiyasının icraçı direktoru və texniki komitənin üzvü 8-Dan qara kəmər sahibi, görkəmli karate ustası Hideho Takaginin rəhbərliyi və iştirakı ilə karatenin Vado-Kai növü üzrə beynəlxalq texniki seminar və dərəcə imtahanları keçirilib. "OLAYLAR"-ın Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən verdiyi xəbərə görə, karate üzrə yığma komandanın üzvləri Mahmudov Gündüz, Atakişiyev Muraz, Xurşudov Maarif Bakı şəhər Gənclər və İdma Baş İdarəsi tərəfindən seminara ezam olunub. Seminar və dərəcə imtahanlarında iştirak edən Mahmudov Gündüz, Atakişiyev Muraz və Xurşudov Maarif imtahanda uğurlu nəticə qazanaraq JKF Wado-Kai (Japan Karatedo Federation Wado-Kai) üzrə 1-DAN qara kəmər dərəcəsinə layiq görülüb. Eyni zamanda JKF Wado-Kai (Japan Karatedo Federation Wado-Kai) rəhbərliyi Yapon Vado-Kai Karatedo Federasiyasının Azərbaycanda filialının acılmasına qərar verilib.