Azərbaycan kuboku: 1/4 finalçılar məlumdur

Azərbaycan Kuboku uğrunda yarışlarda 1/8 final mərhələsinə yekun vurulub. "Olaylar"-ın OFL-in rəsmi saytına istinadən məlumatına görə, 1 oyundan ibarət olan mərhələdən Premyer Liqa klubları üstünlük əldə ediblər. Belə ki, "Simurq", "Qəbələ", "Neftçi", AZAL, "Qarabağ", "İnter", "Bakı" və "Xəzər Lənkəran" ("Araz Naxçıvan" Topaz Premyer Liqasından və Azərbaycan Kubokundan kənarlaşdırıldığı üçün "Xəzər Lənkəran" 1/4 final mərhələsinə vəsiqə qazanıb) 1/4 final mərhələsində oynamağı təmin ediblər. İlk oyunları martın 4-də, cavab oyunları martın 13-də keçiriləcək 1/4 final mərhələsində cütlüklər aşağıdakı kimidir:

"Neftçi" - AZAL

"İnter" - "Xəzər Lənkəran"

"Bakı" - "Qarabağ"

"Simurq" - "Qəbələ"
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31