Prosineçkiyə 1 milyon 200 min verəcəyik

Baş məşqçi millimizdə işlədiyi müddətdə Azərbaycanda yaşayacaq

AFFA futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisini təsdiqlədi. Trend xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında milli komandanın baş məşqçisi postuna Robert Prosineçki təsdiqlənib.Onunla üç il müddətinə müqavilə imzalanıb. O, bu vəzifədə Berti Foqtsu əvəzləyib. Jurnalistlərə açıqlama verən AFFA-nın İcraiiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib ki, R.Prosineçkinin qarşısına bu seçmə mərhələ üçün hansısa vəzifə qoyulmayıb. "Əsas məqsəd növbəti seçmə mərhələdə uğur qazanmaqdır". İ.Cavadov müqaviləyə əsasən, R.Prosineçkinin Azərbaycanda bir ilinə 1 milyon 200 min avro qazanacağını da deyib. O qeyd edib ki, sabiq məşqçi Berti Foqtsdan fərqli olaraq, Prosineçki millimizdə işlədiyi müddətdə əsasən, Azərbaycanda yaşayacaq. Xorvatiya yığmasının sabiq üzvü R.Prosineçki Serbiyanın "Srvena Zvezda" klubunu çalışdırıb. Eləcə də Xorvatiya millisində Slaven Biliçin köməkçisi işləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31