Robert Prosineçki rəsmən Azərbaycan yığmasında! Onun köməkçiləri kim olacaq?

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, assosiasiyanın inzibati binasında baş tutacaq tədbir saat 11:00-da başlayacaq. Yığıncağın əsas mövzusu millilərin baş məşqçilərinin təsdiqlənməsidi. Komitə həm əsas, həm də U-21 komandasının yeni çalışdırıcısını rəsmiləşdirməlidi. Əsas milliyə hazırda ölkəmizdə olan xorvatiyalı Robert Prosineçkinin təyinatı gözləniləndisə, gənclər yığması ilə bağlı tam müəyyənlik yoxdu.

Ümumilikdə isə gündəlikdə 5 məsələ, həmçinin digər mövzuların müzakirəsi də yer alıb.

1. Məşqçilər Komitəsinin yaradılmasının,  Əsasnaməsinin və üzvlərinin təsdiqi
2. Milli komandanın  baş məşqçisinin təsdiqinin müzakirəsi
3. U-21 yığmasının baş məşqçisinin təsdiqinin müzakirəsi
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi
5. Lisenziyalaşdırma qrupunun  məlumatı
6. Digər məsələlər
-------
Artıq İcraiyyə Komitəsi Robert Prosineçkimi baş məşqçi postuna təsdiqləyib.  45 yaşlı xorvatiyalı mütəxəssis bu postda almaniyalı Berti Foqtsu əvəzləyib. Artıq İcraiyyə Komitəsinin iclasına qatılan Prosineçki 3 il millimizdə çalışacaq.
Prosineçkinin 6 köməkçisi olacaq ki, onlardan üçü xorvatiyalı, üçü isə azərbaycanlı olacaq.
21 yaşadək futbolçulardan ibarət yığmamıza isə 10 məşqçi namizəddi. Hələlik onların adları açıqlanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31