Jurnalistlərin nəzərinə: “Qarabağ” – “İnter” oyununa akkreditasiya başlayır

Dekabrın 11-də Avropa Liqasının VI turunda "Qarabağ" İtaliya "İnter"-ini qəbul edəcək. Qarşılaşmaya bir müddət qalmış, keçən oyunlarda media sektorundakı bəzi xoşagəlməz halları nəzərə alaraq, klub rəhbərliyi akkreditə vərəqəsinin əldə edilməsi barədə KİV-ə müraciət edib. Media sektorunda iş səmərəliliyinin təmin olunması üçün UEFA-nın müvafiq qurumunun təlimatlarına əsasən aşağıdakı şərtlərlə akkreditə vərəqəsini əldə etmək şansı mümkündür: "Oyuna akkreditasiyanı sadəcə PFL-də qeydiyyatdan keçmiş media qurumları ala bilərlər. PFL-dən 96 mətbu orqan qeydiyyatdan keçdiyinə görə 96 akkreditə veriləcək. Qeydiyyatdan keçənlərdən hansısa olmadığı halda müraciət edən orqanın aktivliyinə görə əlavə akkreditə əldə edə bilər. PFL-də qeydiyyatdan keçməyən mətbu orqanlar qonaq sektoruna bilet əldə edə bilərlər (maksimum 2 ədəd). Qeydiyyatdan keçmiş mətbu orqanlar əlavə əməkdaşlarına da maksimum 2 ədəd bilet əldə edə bilərlər. Qeydiyyatdan keçmək üçün Dekabr 5- saat 12:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsinin surətini və fotosunu (həcmi 0.5 MB az olmayan) [email protected]  adresinə göndərməsi xahiş olunur. Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcək. PFL- qeydiyyatı olanlar "PRESS" qeydiyyatı ilə yanaşı "FOTO" akkreditəsi də əldə edə bilərlər. (Eyni proses həyata keçirilməlidir: iş vəsiqəsi və fotosunu göndərmək lazımdır. Müstəqil fotoqraflara da şamil olunur). "Qarabağ"  - "İnter" oyununda sadəcə, fərdi olan, fotolu akkreditasiya vəsiqəsi ilə iştirak mümkün olacaq. Akkreditasiyaları 8-9 dekabr tarixlərində 9:00-dan 18:00-a qədər  Suraxanıda yerləşən `Qarabağ` Futbol Klubunun bazasından əldə edə bilərsiz". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31