"Arsenal" - "Mançester Yunayted" matçı rekord vurdu
2 Dekabr 2014 18:55 İdmanİngiltərə Premyer Liqasında 12-ci turda baş tutan "Arsenal" - "Mançester Yunayted" qarşılaşması tamaşaçı rekordu vurub. Goal.az xəbər verir ki, "Arsenal"ın "Emjiorates"də 1-2 məğlub olduğu matçı Amerikanın "NBC" kanalından 1.41 milyon nəfər izləyib. Digər bir yüksək göstərici də məhz "Yunayted"in oyununda qeydə alınmışdı. 2012-ci ildə "Fox" kanalından yayımlanan "Mançester Yunayted" - "Çelsi" görüşünü (3:3) 1.38 milyon azarkeş izləmişdi. ABŞ-da izlənmə sayına görə mütləq rekorda sahib matç isə 2011-ci ildə keçirilmiş "Çelsi" - "Liverpul" qarşılaşmasıdır. Həmin oyunu televiziya vasitəsilə 1.626 milyon tamaşaçı izləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31