Balotellinin "yəhudi" qalmaqalı

İngiltərə Futbol Assosiasiyası "Liverpul"un hücumçusu Mario Balotelliyə sərt cəza tətbiq edə bilər. Qol.az xəbər verir ki, italiyalı futbolçunun özünün İnstagram səhifəsində paylaşdığı şəkil qalmaqala səbəb olub. Əgər bu şəkildə irqçi fikirlər təsdiqini taparsa, beş oyunluq cəzalandırılacaq.

Qeyd edək ki, Balotelli İnstagram sosial şəbəkəsində məşhur "Supermario" kompüter oyununun qəhrəmanının şəklini paylaşıb. Şəklin üzərində irqçiliyə yox deyilsə də, sonuncu fikir qalmaqal yaradıb. Həmin şəkildə yazılıb: "İrqçi olmayın! Mario kimi olun. O, yaponlar tərəfindən yaradılan italiyalıdır, meksikalı kimi görünür, qaradərililər kimi tullanır, yəhudilər kimi isə qəpik yığır". Bu şəklə yazılan etiraz şərhlərinə cavab olaraq Balotelli qeyd edib ki, o, heç kimi təhqir etməyib: "Mənim anam da yəhudidir". Sonra isə Balotelli ümumiyyətlə şəkli sosial şəbəkədən silib. Hadisədən sonra İngiltərədəki yəhudi lobbisi faktı araşdırmağa çağırıb. Yəhudi lobbisinin maraqlarını müdafiə edən İngiltərə Futbol Assosiasiyasının sabiq icraçı direktoru Saymon Conson bildirib ki, onlar iqrçiliyin bütün formalarına qarşıdırlar. "Belə halların təkrarlanmaması üçün Assosiasiya araşdırma aparıb, ciddi ölçü götürməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31