"Dnepr"in futbolçusu "İnter"də?

"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri arasında transfer danışığı başlayıb. Apasport.az  xəbər verir ki, İtaliya "İnter"i Ukrayna təmsilçisi "Dnepr"in yarımmüdafiəçisi Yevgeni Konoplyanka ilə maraqlanır. Milanlılar 25 yaşlı futbolçunun keçidi üçün onun atası ilə danışıq aparır və Konoplyankaya ilinə 3 milyon avro maaş olmaqla, 4 illik müqavilə təklif ediblər. "İnter" ukraynalı futbolçunun razılığını ala bilsə, "Dnepr"ə bu transfer üçün 10 milyon avro təklif edəcək.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının F qrupunda "Dnepr"lə iki (1:0, 1:2), "İnter"lə isə bir (0:2) dəfə qarşılaşıb. Dekabrın 11-də təmsilçimiz qrup mərhələsinin son turunda Bakıda "İnter"i qəbul edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31