"Mançester Siti"nin argentinalı hücumçusu Serxio Aquero 2014-cü ilin nəticələri üzrə İngiltərə çempionatının ən yaxşı futbolçusu seçilib. Trend-in məlumatına görə, İngiltərə Futbol Azarkeşləri Federasiyasının keçirdiyi sorğu nəticəsində futbolçu bu ada layiq görülüb.
Qeyd edək ki, 2011-ci ildən "şəhərlilər"in heyətində çıxış edən forvard cari çempionatda 17 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31