“Qarabağ” daha bir inanılmazı gerçəkləşdirdi

Azərbaycanın "Qarabağ" futbol klubun Avro Liqada keçirdiyi uğurlu oyunlar bukmeker kontorlarının da diqqətini cəlb edib. Bukmekerlər Çempionlar Liqasının 3 qat qalibi Milan "İnter"-i ilə qarşılaşmada "Qarabağ"-ı daha şanslı sayırlar. Mütəxəssislər İtaliya təmsilçisini Azərbaycan klubundan daha zəif hesab edirlər. Qeyd edək ki, "Qarabağ"-ın əldə etdiyi bu nailiyyət də Azərbaycan futbolunda yenilik kimi qarşılanmalıdır. Çünki indiyədək heç bir Azərbaycan klubunun beynəlxalq arenada keçirdiyi yarışlarda Avropanın məşhur klubları qarşısında belə bir üstünlüyü olmayıb. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31