Rumıniyalı baş məşqçinin Azərbaycan kubokunda debüt oyunu

Dekabrın 3-də Azərbaycan kubokunda 2014/15 mövsümünün 1/8 final mərhələsinin oyunları keçiriləcək. Yarışa bu mərhələdən başlayacaq "Qəbələ" 10-cu dəfə ölkə kubokunda mübarizəyə qoşulacaq. Yubiley mövsümü "Ağsu" ilə görüşlə başlayacaq. I divizion təmsilçisi indiyədək "qırmızı-qaralar"la qarşılaşmayıb. Bu üzdən Ağsunun eyniadlı təmsilçisi "Qəbələ"nin tarixinə 38-ci rəqib kimi düşəcək. Qarşılaşma Dorinel Muntyanu və yetirmələri üçün əlamətdar olacaq. Rumıniyalı Azərbaycan kubokunda debüt edəcək, həm də "Qəbələ"ni 15-ci rəsmi matça çıxaracaq. Bu görüşdə Ürfan Abbasov 75-ci, Ruslan Tağızadə ilə Rafael Santos 30-cu dəfə qırmızı-qara forma ilə meydana çıxacaq. "Ağsu" ilə oyun "Qəbələ"nin kubokda yubiley - 40-cı oyunu olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31