"Real" İspaniya millisinin futbolçusunu transfer etdi
2 Dekabr 2014 14:59 İdman"Malyorka"nın futbolçusu Marko Asensio gələn aydan etibarən "Real" (Madrid) klubunda çıxış edəcək. Qol.az xəbər verir ki, Madrid təmilçisi 18 yaşlı futbolçu ilə anlaşıb. "Real" bu transfer üçün "Malyorka"ya 3,7 milyon avro ödəyəcək. İspaniya millisinin 19 yaşadək futbolçularından ibarət yığmasının üzvü transferi ilə bağlı bunları bildirib: "Qarşıdakı həftələrdə hər şeyə tam aydınlıq gələcək. "Real" məni seçdiyi üçün çox xoşbəxtəm. Belə bir komandanın məni istəməsi qürurvericidir. Hər kəs yaxşı bilir ki, "Real" dünyanın ən güclü komandalarından biridir".
Qeyd edək ki, Asensio "Real"la gələn ay rəsmi müqavilə imzalayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31