"Fənər"in ürəyi futbola əlvida deyir!
2 Dekabr 2014 14:55 İdmanBraziliyanın "Koritiba" klubunun yarımmüdafiəçisi Aleks de Souza həftəsonu keçiriləcək "Bahia" ilə görüşdən sonra futbolçu karyerasını başa vuracaq. Qol.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu "İnstaqram" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Fənərbağça"nın sabiq futbolçusu karyerası ilə bağlı bunları bildirib: "Mənə verdiyi hər şey üçün futbola təşəkkür edirəm. Lakin artıq karyeramın sonuna gəldim. Bazar günü dadını çıxaracağım daha bir oyun olacaq. Mənə hər zaman yaxşı davranan bütün azarkeşlərə minnətdaram. Təşəkkürlər, "Koritiba", "Palmeyras", "Kruzeyro", "Flamenqo" və "Fənərbağça".
Qeyd edək ki, 2004-2012-ci illərdə "Fənərbağça"nın şərəfini qoruyan Aleks de Souza keçirdiyi 245 oyunda 136 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31