Afrikada ilin ən yaxşı 5 futbolçusu müəyyənləşdi

Afrikada 2014-cü ilin ən yaxşı futbolçusu adına 5 namizədin adı açıqlanıb. Qol.az xəbər verir ki, bunlar Əhməd Musa (Nigeriya, CSKA), Yaya Ture (Fil Dişi sahili, Mançester Siti"), Vinsent Enema (Nigeriya, "Lill"), Asamoa Qyan (Qana, "Əl-Ain") və Pyer-Emerik Obameyanqdır (Qabon, "Borussiya"). Qalibin adı gələn il yanvarın 8-də, Nigeriyanın Laqos şəhərində keçiriləcək mərasimdə müəyyənləşəcək. Xatırladaq ki, son 3 ildə Afrikanın ən yaxşı futbolçusu adına Yaya Ture layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31