"Qızıl top"a namizədlər

FIFA-nın "Qızıl top" mükafatına namizədlərin adları açıqlanıb. Trend-in məlumatına görə, 2014-cü ilin ynəticələri üzrə bu mükafata Madrid "Real"ının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo, "Barselona"nın argentinalı forvardı Lionel Messi və "Bavariya"nın qapıçısı Manuel Noyerin namizədliyi irəli sürülüb. "Qızıl top"un qalibi gələn il yanvarın 12-də Sürix şəhərində bilinəcək.

Qeyd edək ki, mükafatın sonuncu sahibi K.Ronaldu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31