Messi azarkeşin hədəfinə çevrildi
1 Dekabr 2014 11:57 İdmanİspaniya çempionatının 13-cü turu çərçivəsində dünən keçirilən "Valensiya" - "Barselona" matçının sonlarında insident yaşanıb. Lent.az-ın məlumatına görə, insidentin "qurbanı" Lionel Messi olub. Belə ki, "Barselona"lı futbolçular son saniyə qolunu bayram etdikləri zaman azarkeşlərdən biri su qabını tribunadan Messinin üstünə atıb. Argentinalı futbolçu yerdə qaldığı bir vaxtda hakim epizodu düzgün qiymətləndirməyərək, Messinin vaxtı uzatdığını düşünüb, ona sarı vərəqə göstərib. Referinin bu addımı "Barselona"nın məşqçilər korpusu və azarkeşlərinin narazılığına səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31