Prosineçki: "Belə oyuna görə Bakıdan bura gəlməyə dəyərdi"

"Çox maraqlı və sürətli oyun gördüm. Çoxlu qollar vuruldu, belə oyuna görə Bakıdan buraya gəlməyə dəyərdi".Milli.Az sportnet.az-a istinadən xəbər verir ki, bunu Premyer Liqanın XIV turunda "Simurq" - "Qarabağ" matçını izləyən Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizəd Robert Prosineçki deyib.Xorvatiyalı mütəxəssis "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçda özü üçün bəzi nəticələr çıxararaq, qeydlər etdiyini bildirib: "Son dörd gündə ikinci dəfədir "Qarabağ"ın oyununu gördüm. Hiss olunurdu ki, matçın əvvəlində Ağdam komandası öz oyununu qura bilmirdi, bunu qarşılaşmanın gedişində bacardı"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31