AFFA əfv etdi

İntizam Komitəsi "Xəzər Lənkəran"ın futbolçu ilə bağlı qərar qəbul edib

AFFA-nın İntizam Komitəsi "Xəzər Lənkəran"ın futbolçu ilə bağlı qərar qəbul edib. ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, "Xəzər Lənkəran" klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək Topaz Premyer Liqasının IV turunun "Xəzər Lənkəran" - "İnter" matçında "Xəzər Lənkəran" klubunun futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqənin düzgün olmadığını və həmin sarı vərəqənin ləğv olunmasını xahiş edib. Apellyasiya və Ekspert Komitəsi bu məsələyə baxılması üçün İntizam Komitəsinə müraciət edib. İntizam Komitəsi matçın videoyazısına baxdıqdan və AFFA Hakimlər Komitəsinin sədrinin bu epizodla bağlı rəyindən sonra qərar qəbul edib. Qərara əsasən, Topaz Premyer Liqasının IV turunun "Xəzər Lənkəran" - "İnter" matçının 59-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun 8 №-li futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqə hakim tərəfindən epizod duzgün qiymətləndirilmədiyinə görə ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31