“Xəzər-Lənkəran”-nın oyunçusunun sarı vərəqi ləğv edildi

AFFA İntizam Komitəsinin keçirilən iclasında verilən qərarlar açıqlanıb. İclasda bildirilib ki, "Xəzər Lənkəran" klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək, Topaz Premyer Liqasının IV turunun "Xəzər Lənkəran"  - "İnter"  matçında "Xəzər Lənkəran"  klubunun futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqənin düzgün olmadığını və həmin sarı vərəqənin ləğv olunmasını xahiş edib. PFL-in rəsmi saytının məlumatına görə, Apellyasiya və Ekspert Komitəsi məsələyə baxılması üçün İntizam Komitəsinə müraciət edib. İntizam Komitəsi matçın video yazısına baxdıqdan və AFFA Hakimlər Komitəsinin sədrinin bu epizodla bağlı rəyindən sonra aşağıdakı qərarı qəbul edir: "Topaz Premyer Liqasının  IV turunun "Xəzər Lənkəran"  - "İnter"  matçının 59-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun 8 №-li futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqənin hakim tərəfindən epizodu duzgün qiymətləndirilmədiyinə görə  futbolçuya göstərilmiş sarı vərəqə ləğv edilir". ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31