"Qarabağ"ın rəqibində ciddi itki

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya "İnter"i ciddi itki ilə üzləşib. Qol.az xəbər verir ki, Milan təmsilçisinin müdafiəçisi Nemanya Vidiç zədələnərək sıradan çıxıb. Məşqdə zədələnən futbolçunun ən azı bir-iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Onun bu axşam Avropa Liqasının qrup mərhələsində "Dnepr"ə və İtaliya A Seriyasında "Roma"ya qarşı oynamayacağı dəqiqləşib. Lakin serbiyalı futbolçunun Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"a qarşı oynayıb-oynamayacağı məlum deyil. Vidiçlə yanaşı, Yan M'Vila da bu gecə "Dnepr"lə görüşdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "İnter" Avropa Liqasının qrup mərhələsində son matçını Bakıda "Qarabağ"a qarşı keçirəcək. Həmin oyun dekabrın 11-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31