Rəşad Sadıqov klipə çəkiləcək

Böyük Britaniya səfirliyi "Qadın zorakılığına qarşı" adlı yeni sosial layihə həyata keçirir. Lent.az-ın sportinfo.az-a istinadən verdiyi məlumata görə, bununla əlaqədar klip çəkilişlərinə başlanılıb. Milllinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da rolikdə yer alacaq. Artıq Ağdam klubuna rəsmi müraciət olunub. Sadıqov dekabrın ortasında kameralar önünə keçəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31