Prandelli: "Mən peşəkaram"

""Anderlext"ə qarşı komanda şəklində oynadıq. Meydanda çox yaxşı "Qalatasaray" var idi. Ancaq çox təəssüf ki, 44-cü dəqiqədə qol buraxdıq. İkinci hissədə hesabı bərabərləşdirə bilərdik. Şans rəqibin tərəfində oldu". Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Çezare Prandelli Çempionlar Liqasının qrup mərhələsində "Anderlext"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. Təcrübəli mütəxəssis komandasının ÇL-də uğursuz çıxışına baxmayaraq, istefa verməyi düşünmədiyini bildirib: "Qalatasaray"da işləməyə davam edəcəm. Avrokuboklardan kənarda qaldığımız üçün məyusam. Amma mən peşəkaram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31