""Sent-Etyen"in stadionu "Tofiq Bəhramov"u xatırladacaq"
27 Noyabr 2014 12:08 İdman"Qarabağ"ın futbolçusu Qara Qarayev dünən Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə matç öncəsi fikirlərini bildirib. Qol.az-ın məlumatına görə, o, oyun öncəsi keçirilən mətbuat konfransında qələbəyə oynayacaqlarını deyib: "Sabahkı matç çətin olacaq. Məsuliyyəti dərk edirik. Qələbəyə oynayacağıq. Bu oyunda xəyallar qurmamalıyıq. Beş dəqiqə ərzində xəyal qura bilərik, amma bu bizim oyunumuza ciddi şəkildə mane ola bilər. Sabah çox maraqlı oyun olacaq. Biz bilirik ki, "Sent-Etyen"ə qarşı görüşdə stadionda 30 mindən çox azarkeş olacaq. Sabah "Sent-Etyen"in stadionu bizə Tofiq Bəhramov adına Respublika stadionunu xatırladacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31