“Qarabağ” “Sent-Etyen”ə qarşı
27 Noyabr 2014 11:29 İdmanBu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" da növbəti matçını keçirəcək. F qrupunda çıxış edən Ağdam klubu Bakıda qolsuz (0:0) bərabərə qaldığı "Sent-Etyen"lə Fransada münasibətlərinə aydınlıq gətirəcək. Qrupda son səfər oyununa çıxacaq Qurban Qurbanovun yetirmələri Sent-Etyen şəhərində 1/16 final şanslarını həll edə bilər. Fransada qazanılan xallar təmsilçimizin ümidlərini son turadək saxlayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start verəcək. Oyunu isə islandiyalı referi Kristin Yakobsson idarə edəcək. Qeyd edək ki, "Qarabağ"ın digər rəqibləri "İnter" və "Dnepr" Milanda üz-üzə gələcək.
Avropa Liqası
Qrup mərhələsi, V tur
F qrupu
00:05. "Sent-Etyen" (Fransa) - "Qarabağ" (Azərbaycan)
Sent-Etyen. "Ceffri Quiçard" stadionu