“Topaz” və PFL jurnalistlərə müraciət etdi
26 Noyabr 2014 15:47 İdman"Topaz" və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə jurnalistlər üçün Premyer Liqanın bölgədə keçiriləcək oyunlarını işıqlandırmaq imkanı yaradılıb. Belə ki, Topaz Premyer Liqasının XIV turu çərçivəsində noyabrın 30-da reallaşacaq "Simurq" - "Qarabağ" oyununa jurnalistlərin səfəri təşkil olunacaq. "Olaylar"-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, jurnalistlərin sayına uyğun olaraq, nəqliyyat vasitəsi ayrılacaq. Avtobus bir günlük səfər üçün saat 8-30-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək. Qeydiyyat müddəti 28 noyabr saat 12:00-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31