"Neftçi"nin qapıçısı "Ayntraxt"a yollandı
26 Noyabr 2014 13:03 İdmanAzərbaycan milli komandasının və Neftçi"nin qapıçısı Emil Balayev klubdan ayrılıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Almaniya Bundesliqası klublarından olan "Ayntraxt"ın (Frankfurt) "Neftçi"yə ünvanladığı rəsmi dəvətə əsasən Balayev baxışda iştirak etmək üçün bu ölkəyə yola düşüb. Emil Balayev noyabrın 26-dan dekabrın 12-dək "Ayntraxt"ın düşərgəsində baxışda olacaq. Baxışın nəticələrinə əsasən Almaniya klubu qapıçı ilə bağlı qərar verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31