Berti Foqts almanlara da lazım olmadı

Almaniyanın "Ştutqart" klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az xəbər verir ki, Armin Fenin istefasından sonra baş məşqçi axtarışına çıxan Bundesliqa təmsilçisi hollandiyalı Hub Stivenslə anlaşıb. Azərbaycan millisinin sabiq çalışdırıcısı Berti Foqts da Ştutqartın eyniadlı təmsilçisinin "sükanı arxasına" keçməyə namizəd olsa da, almanlar buna ehtiyac duymayıblar. Onlar həmyerlilərinə deyil, klubda çalışmaq təcrübəsi olan Stivensə güvəniblər. Sonuncu elə bu ilin martında da "Ştutqart"a baş məşqçi təyin olunmuşdu. Komandaya Bundesliqada qalmaqda kömək edən hollandiyalı mayda postunu Feyə vermişdi. İndi isə onlar yenidən yerlərini dəyişiblər.

Qeyd edək ki, Stivens Almaniyada "Herta", "Şalke" və "Hamburq"da da çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31