Droqba tviti ilə məyus etdi

Didye Droqba milli komanda karyerasına son qoyub. Fanat.az xəbər verir ki, bu haqda məlumatı ulduz futbolçu "Twitter" səhifəsində yazıb. Ötən mövsüm "Qalatasaray"ın formasını geyindikdən sonra keçmiş klubu "Çelsi"yə qayıdan ulduz oyunçu Didye Droqba milli yığma karyerasına son qoyduğunu bildirib. Ulduz oyunçu, "Twitter"dən yaydığı məlumatda bunları qeyd edib: "Böyük bir üzüntü ilə söyləyirəm ki, milli komanda karyeramı sona çatdırdım. Geridə qalan 12 ildə bir çox hisslər yaşadım. Ölkəm üçün hər zaman ən yaxşısını etməyə çalışdım. 8 il ərzində bu komandanın kapitanı olduğum üçün çox xoşbəxtəm". Xatrıladaq ki, 2014-cü ildə bir çox ulduz futbolçular İngiltərədən Steven Cerrard, Almaniyadan Filip Lam, Yunanıstanda Giorgos Karagunis, Nigeryadan Josep və İspaniyadan Xavi Hernandez də milli formalarını qardiroblarından asıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31