Millimizin baş məşqçisinin təsdiqi gələn ay müzakirə olunacaq

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisinin təsdiqi gələn ay müzakirə olunacaq. Trend AFFA-nın saytına istinadən məlumat verir ki, qurumun İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 3-də AFFA-nın inzibatı binasında keçiriləcək. Gündəliyə aşağıdakı məsələlər daxil edilib:

1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi.
2. Milli komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.
5. Lisenziyalaşdırma qrupunun məlumatı.
6. Digər məsələlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31