“Liverpul”un yeni baş məşqçisi alman ola bilər

"Liverpul" rəhbərliyi baş məşqçi Brendan Rocerslə yolları ayıra bilər. Lent.az-ın məlumatına görə, komandanın sükanı arxasına Dortmund "Borussiya"sının çalışdırıcısı Yurgen Klopp keçə bilər. Qeyd edək ki, Klopp Premyer Liqada işləmək arzusunda olduğunu müsahibələrində dəfələrlə etiraf edib. Tərəflər arasında danışıqlara start verilib. Klopp 2008-ci ildən "Borussiya"nı çalışdırır. Rocers isə 2012-ci ildən "Liverpul"un baş məşqçisi postundadır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31