"Sent-Etyen" - "Qarabağ" matçının hakimləri məlumdur
24 Noyabr 2014 19:15 İdmanUEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 27-də keçiriləcək "Sent-Etyen" - "Qarabağ" matçının hakimləri müəyyənləşib. Trend-in "Qarabağ" klubunun saytına istinadən verdiyi məlumata görə, bu qarşılaşma islandiyalı hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Kristin Yakobsson olacaq. Ona Siqurdur Oli Torleifsson və Qunnar Sverrir Qunnarsson kömək edəcək. Qilfi Mar Siqurdsson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Sent-Etyen" - "Qarabağ" matçı noyabrın 27-də, saat 00:05-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31