“Sent-Etyen” – “Qarabağ” oyununun hakimləri bəlli oldu

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Sent-Etyen" - "Qarabağ" matçının hakimləri müəyyənləşib. Klubun rəsmi saytının yaydığı məlumata görə, qarşılaşmanı islandiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Kristinn Yakobsondur. Ona Siqurdur Oli Torlefson və Qunnar Sverrir Qunnarson köməklik edəcəklər. Qilfi Mar Siqurdson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, qarşılaşma noyabrın 27-də baş tutacaq. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31