Tanınmış futbolçu 28 yaşında orta məktəbi bitirdi

Madridin "Real" və İspaniya millisinin müdafiəçisi Serxio Ramos 28 yaşında, nəhayət orta məktəbi bitirib. "Olaylar" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ekologiya və biologiyadan imtahan verəndən sonra attestat alıb. Ramos məktəbi 2004-cü ildə buraxaraq "Sevilya"nın əsas komandasında oynamağa başlayıb. 2005-ci ildə "Real"a keçib. Ramos bütün bu illərdə zaman-zaman imtahan verib. Ramos Avropa və dünya , üçqat İspaniya çempionudur. O həm də iki dəfə ölkə kubokunu, İspaniyanın superkubokunu, Cemionlar Liqasının və Avropa superkubokunu qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31