"Roma" futbolçusuna beyin şişi diaqnozu...

"Roma"nın müdafiəçisi Leandro Kastana ciddi diaqnoz qoyulub. O, bir neçə ay müalicə olunmalıdır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kastanın beynində xoşxassəli şiş aşkar olunub. Dekabrın ilk günlərndə futbolçu əməliyyat olunacaq. Əməliyyat onun futbol oynama imkanlarını məhdudlaşdırmayacaq və Kastan bir müddət sonra meydana qayıda biləcək. 28 yaşlı Kastan artıq "Roma"nın heyətində cari mövsümdə bir dəfə meydana çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31