Azərbaycan çempionatında "nəhs" turun oyunlarının vaxtı açıqlandı

Topaz Premyer Liqasında XIII turun oyun cədvəli açıqlanıb.  Apasport.az xəbər verir ki, noyabrın 23-də start götürüb, iki gün davam edəcək turun oyunlarının vaxtı və yeri müəyyənləşib. Belə ki, tura "Qarabağ"la AZAL arasında qarşılaşma ilə start veriləcək. Liderin ardınca isə əyalət təmsilçiləri - "Qəbələ" və "Simurq" münasibətlərini aydınlaşdıracaq. "Böyük oyun" isə noyabrın 24-də baş tutacaq. Həmin matçla "Sumqayıt" - "Bakı" görüşləri eyni saatda start götürəcək.

XIII tur
23 noyabr (bazar)

15:15. "Qarabağ" - AZAL
Tofiq Bəhramov adına Respublika stadionu

17:15. "Qəbələ" - "Simurq"
Qəbələ şəhər stadionu
 
24 noyabr (bazar ertəsi)

17:00. "Xəzər Lənkəran" - "Neftçi"
"Dalğa Arena"

17:00. "Sumqayıt" - "Bakı"
"Kapital Bank Arena" stadionu 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31