Kriştianu Ronaldu zirvədə, Mikel Alvaro kənarda
21 Noyabr 2014 19:40 İdmanUEFA milli çempionatların ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Apasport.az xəbər verir ki, cari mövsümdə hər oyuna orta hesabla 1 və daha çox qol vuranlar qurumun siyahısına daxil olub. Cədvələ 11 matçda 18 qol vuran Kriştianu Ronaldu başçılıq edir. İspaniya "Real"ının portuqaliyalı hücumçusunun məhsuldarlığı 1,64-ə bərabərdi. Xorvatiya "Riyeka"sının üzvü Andrey Kramariç isə 15 oyunda 21 dəfə fərqlənib - 1,40. 3-cü pillədə isə Uelsin "Aberestvit" klubunda top qovan Kris Venables qərarlaşıb. 14 görüşdə 18 dəfə fərqlənən hücumçunun məhsuldarlığı 1,29-dur. Ümumilikdə isə Avropanın 12 futbolçusu məhsuldarlıqda 1 və daha artıq qol vurub. Topaz Premyer Liqasının bombardiri Mikel Alvaro isə 10 matçda 7 qolla orta göstəricidə 0,70-ə nail olub.