"Qızıl top" Ronalduya verilməsə, əsl qalmaqal olacaq"

"Real Madrid"in portuqaliyalı müdafiəçisi Pepe "Qızıl top" mükafatına ən layiqli namizədin Kriştianu Ronaldu olduğunu qeyd edib. Goal.az xəbər verir ki, o, bunları söyləyib: "Kriştianu heç vaxt builki kimi əla formada olmayıb. Ona görə "Qızıl top" Ronalduya verilməsə, əsl qalmaqal olacaq. Kriştianu ötən mövsüm UEFA Çempionlar Liqasının qol rekordunu yenilədi. Düşünürəm ki, ondan başqa kuboku kim qazanacaqsa, Ronaldunun uğurlarını görüb xəcalət hissi keçirməlidir. Kim deyə bilər ki, Kriştianu "Qızıl top"a layiq deyil? Sadəcə 3 ay ərzində o, 23 qol vurub. Başqa nə etməlidir ki, mükafatı ona versinlər? Ronaldu hal-hazırda bütün dövrlərin ən yaxşı futbolçusudur. Mükafatı başqasına təqdim etsələr, biabırçılıq olacaq".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31