"Mançester Yunayted"in kolumbiyalı futbolçusu Radamel Falkao zədələnib. Lent.az-ın məlumatına görə, tibbi müayinədən keçən 28 yaşlı hücumçunun iki həftə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub. Bu məlumatı "mankunianlar"ın baş məşqçisi Lui van Qal da təsdiqləyib. Qeyd edək ki, Falkao "Mançester Yunayted"də iştirak etdiyi 4 oyunda 1 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31