"Bavariya"nın kapitanı əməliyyat olundu
20 Noyabr 2014 18:18 İdman"Bavariya"nın kapitanı Filipp Lam əməliyyat olunub. Lent.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi topuğundan əməliyyat edilib. Həkimlər əməliyyat prosesinin yaxşı keçdiyini bildiriblər. Lam bir neçə gündən sonra xəstəxananı tərk edəcək. Onun yaşıl meydanlara dönüşü isə fevral ayında baş tutacaq.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Lam 2002-ci ildən Münhen klubunun əsas komandasında çıxış edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31