Bakıda "qol yağışı"
20 Noyabr 2014 17:57 İdmanBu gün Azərbaycan Premyer Liqasında XII turun oyunlarına start verilib. Trend-in məlumatına görə, "Bakı" paytaxtda "Qarabağ"ı qəbul edib. Birinci hissənin tamamında hesab 2:2 olsa da, yekunda Reynaldo və Leroy Corcun qolları ilə Ağdam təmsilçisi qələbə qazanıb. AZAL - "Qəbələ" matçı da bol qollu olub. Əvvəlcə Laşa Kasradze avtoqola imza atıb. Lakin 50-ci dəqiqəyədək "təyyarəçi"lər önə keçməyi bacarıblar - 2:1. 70-ci dəqiqədə Markinyos hesabı bərabərləşdirsə də, 10 dəqiqə sonra AZAL yenidən önə keçib. Matçın sonuna 3 dəqiqə qalmış Cavid Hüseynov penalti zərbəsini dəqiq yetirməklə "Qəbələ"ni məğlubiyyətdən xilas edib. Zaqatalada keçirilən "Simurq" - "Neftçi" oyununda hələlik meydan sahibləri öndədir - Draqan Çeran, 18-pen (1:0) Saat 18:00-da isə "İnter" "Xəzər Lənkəran"la qarşılaşacaq.
Qeyd edək ki, "Araz Naxçıvan" klubu fəaliyyətini dayandırdığı üçün "Sumqayıt" bu tur istirahət edir.