"Şəhərli" Milan təmsilçisinin maraq dairəsində

"İnter" qış transfer pəncərəsində çernoqoriyalı hücumçu Stevan Yovetiçlə danışıqlar aparmağı planlaşdırır.  Goal.az xəbər verir ki, hücum xəttini gücləndirmək üçün "Manchester City"nin şərəfini qoruyan forvard Mançini tərəfindən seçilib. Təklif ediləcək müqavilənin şərtləri açıqlanmır. 25 yaşlı Yovetiç "City"yə 2013-cü ildə transfer olunub. Daha əvvəl "Partizan" və "Fiorentina"nın formasının geyinən hücumçu karyerası ərzində 53 qolun müəllifi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31