Daha iki boksçumuz 1/4 finalda

Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatında 1/4 finalçıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının 3 üzvü bu mərhələdə mübarizə aparmaq hüququ qazanıb. Belə ki, Yelena Vıstropovadan sonra daha iki boksçumuz - Anna Əlimərdanova (54 kq) və Yana Alekseyeva da (60 kq) növbəti mərhələyə yüksəliblər. Əlimərdanova 1/8 finalda İrlandiya idmançısı Mikaella Volşu məğlub edib - 2:0. Boksçumuz 1/4 finalda türkiyəli Ayşə Taşla üz-üzə gələcək. Alekseyeva isə ukraynalı Yuliya Tsıplakovanı mübarizədən kənarlaşdırıb - 3:0. Seçmə komandamızın üzvünün növbəti rəqibi Avstraliya təmsilçisi Şelli Vatts olacaq.

Qeyd edək ki, dünən Yelena Vıstropova da (69 kq) 1/4 finala vəsiqə qazanmışdı. Bu mərhələnin görüşləri noyabrın 21-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31