Futbolçudan Somaya yardım

Oyunçu gəlirinin yarısını mədən faciəsindən zərər çəkənlərə bağışlayacaq

İngiltərədə top qovan fransız futbolçu Somada zərər çəkənlərə yadım edəcək. Anspress-in məlumatına görə, "Nottinqam"dan "Birmingem"ə transfer olan futbolçu Mousse bu keçidindən qazanacağı 1 illik gəlirinin yarısını (350 min AZN) Somada baş verən mədən faciəsində zərər çəkən insanlara göndərəcək. Futbolçu qazancının yerdə qalan hissəsini isə Xərçənglə Mübarizə Fonduna verəcək. Moussenin meneceri də oyunçunun bu addımından təsirlənib və o da öz gəlirini ehtiyacı olanlara göndərmək haqqında qərar verib. Futbolçu bu humanist addımı ilə bağlı danışaraq Soma faciəsindən çox təsirləndiyini söyləyib: "Soma faciəsini yaxından izləmişdim. Bu hadisə məni dərindən yaralamışdı. Özümə söz vermişdim ki, oradakı insanlara yardım olmağa çalışacam". Xatırladaq ki, Türkiyənin Soma kömür mədənində faciə may ayaının 13-də baş verib. Faciə 301 mədənçinin ölümü ilə nəticələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31