Droqbanın transferi zamanı 33 milyon avro yoxa çıxıb
20 Noyabr 2014 11:38 İdmanFransa çempionatında illər öncə baş tutmuş transfer məsələsindəki yanlışlıqda Didye Droqba və Samir Nəsrinin də adı hallanmağa başlayıb. Lent.az-ın məlumatına görə, Droqbanın "Marsel"dən "Çelsi"yə transferi zamanı 33 milyon avro yoxa çıxıb. Daha dəqiq desək, kot d`ivuarlının London klubuna keçidindən qazanılan 36 milyon avrodan cəmi 3 milyonu "Marsel"in bank hesabına köçüb. 33 milyon avronun isə yoxa çıxdığı iddiası irəli sürülüb. Eyni hal Nəsrinin də keçidi zamanı baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31