Çempionlar Liqasının oyununa həmyerlimiz nəzarət edəcək
19 Noyabr 2014 20:00 İdmanAFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov növbəti təyinatını alıb. Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Məmmədov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 25-də, Borisov şəhərində keçiriləcək BATE (Belarus) - "Portu" (Portuqaliya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31